Bu hava limanı günəş enerjisi ilə işləyəcək

20.08.2015 12:21     Sosreaksiya     2238

Hindistan ətraf mühitə karbon buraxılması səviyyəsinin nisbətən azaldılmasını təmin edəcək layihə hazırlayır.

Reaksiya.az xəbər verir ki, Kerala ştatında yerləşən Koşen beynəlxalq hava limanının enerji infrastrukturu tamamilə günəş panellərindən əldə ediləcək.

Günəş panelləri sayəsində hava limanı 25 il ərzində atmosferə 300 min ton karbondioksid yayılmasını qarşısını ala biləcək. Bu 3 milyon ağacın əkilməsinə bərabər işdir.

Məlumata görə hava limanında ən az 46 min günəş paneli olacaq. 45 hektar əraziyə yayılacaq günəş panelləri, gündə 48 min volt enerji istehsal edəcək.

Koşen hava limanında 2013-cü ilin marıtnda  başlayan yaşıl enerjiyə qayıdış prosesinin nə vaxt başa çatacağı isə hələ dəqiq deyil.

Şərhlər

Çox oxunanlar