Qaçqınlar polisə hücum etdi

20.08.2015 12:46     Sosreaksiya     1863

Təqribən 50 qaçqın Almaniyanın federal torpağı Turinqdə polisə hücum edib. Toqquşma zamanı 13 nəfər xəsarət alıb.  

Reaksiya.az xəbər verir ki, Erfurt şəhərinin polis əməkdaşı bildirib ki, iğtişaş çərşənbə günü Zul şəhərində yerləşən qaçqınlar üçün nəzərdə tutulmuş sığınacaqda başlayıb. Miqrantlardan birinin Quranın səhifələrini cırmağa başlaması ən azı 20 qaçqını özündən çıxardıb. Sonra bu qrupa daha 30 nəfər qoşulub.

Miqrantların dini hisslərinə toxunan kişi mühafizə postunda gizlənməyə çalışsa da, qəzəblənən kütlə onun ardınca düşüb. Tezliklə hadisə yerinə yerli polis əməkdaşları gəlib və kütlənin diqqətini özünə cəlb edib. Qaçqınlar polisə daş atmağa başlayıb.
Qəzet bildirir ki, hadisə nəticəsində ən az 3 polis əməkdaşı xəsarət alıb, polis avtomobillərinə ciddi ziyan dəyib.

Toqquşma 4 saata yaxın davam edib. Münaqişənin aradan qaldırılması üçün yaxınlıqdakı şəhərlərdən polislər cəlb olunub.

Şərhlər

Çox oxunanlar