Abdin Fərzəliyev vətəndaş qəbulu keçirdi

21.05.2022 15:02     Sosreaksiya     432

Abşeron rayonunun Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında yeni inşa olunan “İbadət otağı” şəhid ailələrinin istifadəsinə verilib.

Reaksiya.az xəbər verir ki, bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canınından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilib və ruhlarına dualar oxunub. Ziyarət zamanı şəhid ailələri tərəfindən Şəhidlər Xiyabanında ibadət etmək, şahidlərin doğum günlərində toplaşmaq, namaz qılmaq, dualar etmək, şəhid ailələrinin istidə gündən, yağışlı havada yağışdan qorunması üçün “İbadət otağı”nın tikilməsi məsələsi qaldırılıb və bu istiqamətdə köməkliyin göstərilməsi xahiş olunub. Bundan sonra rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək atılacaq addımlar müəyyənləşdirilib, Şəhidlər Xiyabanının qarşısında yer ayrılıb və bundan sonra tikinti işlərinə başlanılıb. İcra başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və şəhid ailələri ilə birgə yeni inşa olunan “İbadət otağı”na baxış keçirib, burada yaradılan şəraitlə tanış olublar. İcra başçısı şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıb.

Şəhid ailələri yaradılan şəraitdən tam razı qaldıqlarını bildirərək dövlət tərəfindən onlara daim diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq respublikanın hər bölgəsində olduğu kimi Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilib. Novxanı kəndində baş tutan növbəti səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, qazilər və qəsəbə sakinləri iştirak edib.

Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən danışaraq rayon ərazisində olan problemlərin araşdırıldığnı qeyd edib. Bir sıra məsələlərin rayonun bütün kənd və qəsəbələrində müşahidə olunduğu və onların həlli istiqamətində layihələrin hazırlandığı vurğulanıb.

Daha sonra çıxış edən sakinlər Novxanı kəndinin tarixi, memarlığı nəzərə alınaraq böyük layihələrin, genişmiqyaslı quruculuq-abadlıq işlərinin həyata keçirildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə ediblər. Sakinlər kənd ərazisində 2 işıqforun quraşdırılmasında, marşrut avtobuslarınb sayının artırılmasında və avtobuslararası intervalının azaldılmasında, yeni iş yerlərinin açılmasında  və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında ənənəvi vətəndaş qəbulu keçirilib. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Sakinlər rayon işlə təmin olunmaqda, şəhidlərin xatirəsinə abidə bulaqlarının tikilməsində köməklik göstərilməsini xahiş ediblər.

RİH başçısı qeyd edib ki, Abşeron rayonunda yaşıllıq zolağının salınması istiqamətində iş aparılır. Burada hər şəhidin adına ağac əkiləcək və həmin şəhid haqqında məlumatları özündə əks etdirən lövhə asılacaq. Bundan əlavə, şəhidlərin adlarının əbədiləşdirmək, anım və bayram tədbirlərini bir mərkəzdə keçirmək məqsədi ilə Xırdalan şəhərində böyük Xatirə Anım Kompleksi inşa olunacaq. Artıq bununla bağlı layihə hazırlanıb və yaxın zamanlarda işlərə başlanılması nəzərdə tutulub.

Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

  • Abdin Fərzəliyev vətəndaş qəbulu keçirdi - FOTOLAR
  • Abdin Fərzəliyev vətəndaş qəbulu keçirdi - FOTOLAR
  • Abdin Fərzəliyev vətəndaş qəbulu keçirdi - FOTOLAR
  • Abdin Fərzəliyev vətəndaş qəbulu keçirdi - FOTOLAR
  • Abdin Fərzəliyev vətəndaş qəbulu keçirdi - FOTOLAR

 

 

Şərhlər