Havanın temperaturu enəcək

20.08.2015 13:07     Sosreaksiya     1863

Bakıda və Abşeron yarımadasında 24-28 dərəcə isti olacaq

Avqustun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Reaksiya.az-a verilən xəbərə görə, gecə şimal-qərb küləyi əsəcək,havanın temperaturu gecə 20-23, gündüz 24-28 dərəcə olacaq.

Bölgələrdə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Temperatur gecə 19-24, gündüz 26-34, dağlarda 12-17, gündüz 19-24 dərəcə olacaq.

 

Şərhlər

Çox oxunanlar