PKK-ya ağır zərbə! - 8 terrorçu öldürüldü
20.08.2015 13:21 Sosreaksiya 2283

Türk silahlı qüvvələrinin Hakkarinin Şemdinli bölgəsində apardığı əməliyyatlarda 8 PKK terrorçusu öldürülüb.
Reaksiya.az xəbər verir ki, İlçe rayonunun girişindəki Altınsu kəndi ərazisində 6 gün öncə yol bağlama və xəndək qazma aksiyasına başlayan terrorçuların zərərsizləşdirilməsi üçün aparılan əməliyyatlar hələ də davam edir.
Şemdinli-Yüksekova yolunun nəqliyyata açılması üçün sözügedən rayona təhlükəsizlik qüvvələri göndərilib. Nəticədə 8 PKK yaraqlısı öldürülüb.
Ölən terrorçulardan birinin iyulun 28-də İlçe rayon mərkəzindəki bankomatdan pul çəkdiyi zaman məruz qaldığı təcavüz nəticəsində hərbçi Ziya Sarpkayanı şəhid edən "Baz" kod adlı Azad Çiftçi olduğu öyrənilib.
Bölgədəki əməliyyatlar davam edir.
Şərhlər