Sexdəki yanğında xəsarət alanların son vəziyyəti AÇIQLANDI
26.05.2022 17:22 Sosreaksiya 499
Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın zamanı iki nəfər yaralanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, onlar ilkin zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Şərhlər