DDoS hücumların sayı 132% artıb

20.08.2015 13:42     Sosreaksiya     1848

Təhlükəsizlik məsələlərində ixtisaslaşan “Akamai” şirkətinin məlumatına görə, gələcəkdə “DDoS” hücumlarının sayı artacaq. Bu barədə şirkətin internet təhlükəsizliyi üzrə rüblük hesabatında deyilir.

Reaksiya.az xəbər verir ki, hesabat dövründə təkcə “Shellshock” boşluğundan istifadə internet proqramlarının 49 faizinə hücumla nəticələnib. Bundan başqa, “Akamai” şirkəti tərəfindən “WordPress” plaginlərində boşluqlar aşkar olunub.

“DDoS” hücumlarının və internet proqramlarına hücumların sayı hər rüb artır. Cinayətkarlar daim taktikanı dəyişərək yeni boşluqlar axtarır və hətta çoxlarının aktual hesab etmədiyi köhnə üsullardan istifadə edirlər”, - deyə şirkətin informasiya təhlükəsizliyi məsələləri üzrə vitse-prezidenti Con Sammers bildirib.

“Akamai” mütəxəssislərinin sözlərinə görə, təkcə “DDoS” hücumlarının sayı yox, həm də onların təhlükəsizlik səviyyəsi də artır. Belə ki, ekspertlər tərəfindən sürəti 240 Qb/saniyəyə çatan və 13 saatdan çox davam edən ciddi hücumlar aşkarlanıb. Hesabata görə, "CloudFlare” “DDoS” hücumlarının qarşısını alan yeganə şirkət olub.

Şirkətin nümayəndələri bildiriblər ki, il ərzində hücumların sayı 132 faiz, əvvəlki rüblə müqayisədə isə 7 faiz çoxalıb.

 

Şərhlər

Çox oxunanlar