Abşeronda silsilə tədbirlər keçirilib

30.05.2022 12:03     Sosreaksiya     414

Abşeron rayonunun Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında yeni inşa
olunan “İbadət otağı” şəhid ailələrinin istifadəsinə verilmişdir. Bu barədə
Reaksiya.az-a icra hakimiyyətindən məlumat verilib.Qeyd edək ki,
bir müddət öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev şəhid ailələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət etmiş,
vətənimizin bütövlüyü uğrunda canınından keçmiş bütün igidlərimizin əziz
xatirəsi yad edilmiş və ruhlarına dualar oxunmuşdur. Ziyarət zamanı şəhid
ailələri tərəfindən Şəhidlər Xiyabanında ibadət etmək, şahidlərin doğum
günlərində toplaşmaq, namaz qılmaq, dualar etmək, şəhid ailələrinin istidə
gündən, yağışlı havada yağışdan qorunması üçün “İbadət otağı”nın
tikilməsi məsələsi qaldırılmış və bu istiqamətdə köməkliyin göstərilməsi
xahiş olunmuşdur. Bundan sonra rayonun Abadlıq və Kommunal Xidmətlər
İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək atılacaq
addımlar müəyyənləşdirilmiş, Şəhidlər Xiyabanının qarşısında yer ayrılmış
və bundan sonra tikinti işlərinə başlanılmışdır.
İcra başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının
rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri və şəhid ailələri ilə birgə
yeni inşa olunan “İbadət otağı”na baxış keçirmiş, burada yaradılan şəraitlə
tanış olmuşlar. İcra başçısı şəhid ailələrinin qayğıları və problemləri ilə
maraqlanmışdır.
Şəhid ailələri yaradılan şəraitdən tam razı qaldıqlarını bildirərək dövlət
tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci
Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların
müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq
respublikanın hər bölgəsində olduğu kimi Abşeron rayonunda silsilə
vətəndaş qəbulları keçirilmişdir. Novxanı kəndində baş tutan növbəti
səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri,
qazilər və qəsəbə sakinləri iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeronda həyata keçirilən
sosial infrastruktur layihələrdən danışaraq rayon ərazisində olan
problemlərin araşdırıldığnı qeyd etmişdir. Bir sıra məsələlərin rayonun
bütün kənd və qəsəbələrində müşahidə olunduğu və onların həlli
istiqamətində layihələrin hazırlandığı vurğulanmışdır.
Daha sonra çıxış edən sakinlər Novxanı kəndinin tarixi, memarlığı nəzərə
alınaraq böyük layihələrin, genişmiqyaslı quruculuq-abadlıq işlərinin həyata
keçirildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə minnətdarlığını ifadə etmişlər. Sakinlər kənd
ərazisində 2 işıqforun quraşdırılmasında, marşrut avtobuslarınb sayının
artırılmasında və avtobuslararası intervalının azaldılmasında, yeni iş
 
yerlərinin açılmasında və digər məsələlərin həllində köməklik
göstərilməsini xahiş etmişlər.
Növbəti gün isə Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında
ənənəvi vətəndaş qəbulu keçirilmişdir. Qəbulda RİH başçısı Abdin
Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.
Sakinlər rayon işlə təmin olunmaqda, şəhidlərin xatirəsinə abidə
bulaqlarının tikilməsində köməklik göstərilməsini xahiş etmişlər.
RİH başçısı qeyd etmişdir ki, Abşeron rayonunda yaşıllıq zolağının
salınması istiqamətində iş aparılır. Burada hər şəhidin adına ağac əkiləcək
və həmin şəhid haqqında məlumatları özündə əks etdirən lövhə asılacaq.
Bundan əlavə, şəhidlərin adlarının əbədiləşdirmək, anım və bayram
tədbirlərini bir mərkəzdə keçirmək məqsədi ilə Xırdalan şəhərində böyük
Xatirə Anım Kompleksi inşa olunacaq. Artıq bununla bağlı layihə hazırlanıb
və yaxın zamanlarda işlərə başlanılması nəzərdə tutulmuşdur.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunmuş,
müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq
tapşırıqlar verilmişdir.

Şərhlər