Fransa səfirindən minaya düşmüş azərbaycanlı ilə bağlı paylaşım

30.05.2022 12:10     Sosreaksiya     519

Mayın 28-də Füzuli rayonunda 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basaraq yaralanması xəbəri təəssüflə qarşılayıram. Ona tam sağalmağı diləyirəm.

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Tvitterdə yazıb.

"Fransa səfirliyi minatəmizləyənlər üçün detektorlar və alət dəstləri ilə Azərbaycanda minaların təmizlənməsini dəstəkləyir”, - səfir qeyd edib.

Qeyd edək ki, mayın 28-si saat 18 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1999-cu il təvəllüdlü Xəyal Abdullayev minaya düşməsi nəticəsində çoxsaylı qəlpə yarası alıb.

Reaksiya.az

Şərhlər