İsrail hərbçiləri daha bir xanım jurnalisti qətlə yetirdi...

02.06.2022 13:57     Sosreaksiya     417

İsrail təhlükəsizlik qüvvələri Fələstin muxtariyyətində jurnalist Qufran Həmid Varasnehi güllələyib. 
 
Moderator.az  "Əl-Cəzirə"yə istinadla xəbər verir ki,  qətl İordan çayının qərb sahilindəki Hevronun şimalında yerləşən Əl-Arub düşərgəsi yaxınlığında baş verib. 
 
Fələstin Səhiyyə Nazirliyi rəsmi "Facebook" sosial media hesabından verdiyi qısa açıqlamada jurnalistə atılmış güllənin sol tərəfdən sinəsinə girərək sağ tərəfdən çıxdığını bildirib. 
 
 Xatırladaq ki,  mayın 10-da İsrail təhlükəsizlik qüvvələri "Əl-Cəzirə" kanalının tanınmış jurnalisti Şirin Əbu Akili güllələyərək öldürmüşdü.
 

Şərhlər