Rövşən Əkbərov həbsxanadan müalicə müəssisəsinə köçürüldü
02.06.2022 18:38 Sosreaksiya 465
20 il öncə Ukraynada qətl törətdiyi üçün həbs edilmiş Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov müalicə müəssisəsinə köçürülüb.
Ədliyyə Nazirliyinin Tibb xidmətindən Reaksiya.az-a bildirilib ki, sabiq birlik komandiri xroniki xəstəlikləri üçün müalicə müəssisəsinə yerləşdirilib: "R.Əkbərov müalicə müəssisəsində həkim nəzarətində saxlanılır. Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir".
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbəri ilk olaraq APA yayıb.
Şərhlər