Zelenski Nevzorov və xanımına Ukrayna vətəndaşlığı verdi
03.06.2022 14:59 Sosreaksiya 474
Rusiyalı tanınmış jurnalist Aleksandr Nevzorov Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib.
Bu barədə “Qafqazinfo” “Mash” teleqram kanalına istinadən xəbər verir.
Məlumata görə, jurnalistin həyat yoldaşı Lidiya Nevzorova da vətəndaşlığını dəyişmək niyyətindədir.
Bir müddət əvvəl isə məlum olub ki, Moksvanın Basman Rayon Məhkəməsi A. Nevzorovu qiyabi olaraq həbs edib. Jurnalist Rusiya Silahlı Qüvvələri haqqqında feyk məlumatlar yaymaqda ittiham olunur. İstintaq məlumatına görə, Nevzorov martın 19-u öz yutub kanalında Mariupolda doğum evinin rusiyalı hərbçilər tərəfindən atəşə tutulması barədə paylaşım edib.
Şərhlər