"Problemi həll etməyə qabiliyyətləri çatmır" - Fazil Mustafa
03.06.2022 15:06 Sosreaksiya 528
"İcra hakimiyyətlərinin normal səlahiyyəti yoxdur. Onlara normal səlahiyyət verib tələb etmək lazımdır. Səlahiyyət olmayandan sonra nə edə bilərlər?".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, onlar bir çox hallarda öz ərazilərində olan problemi həll edə bilmirlər:
"Bəzi hallarda isə problemi həll etməyə qabiliyyətləri çatmır. Belə ki, rəhbər həmin rayona, onun spesifikasına, kənd təsərrüfatına aidiyyəti olmayan şəxs olur. Kadr seçimi böyük problemdir. Bəzi hallarda kadr seçimi dövlətə, ölkə iqtisadiyyatına, əhaliyə zərbə vurur. Kadr seçimi zamanı düşünmək lazımdır. Daha çox təcrübəli kadrlara üstünlük verilməlidir. Çoxdan çalışan şəxslərin təcrübəsinə güvənmək lazımdır. Bu, digər sahələrdə də vacibdir".
Qeyd edək ki, deputat Fazil Mustafa Milli Məclisin sonuncu plenar iclasında çıxışı zamanı bu fikirləri bildirmişdi: "Mən diqqət yetirmişəm ki, hansı rayonlarda icra başçısı yoxdur, ya vəfat edib, ya həbs olunub, həmin rayonlardan şikayət daxil olmur. Deməli, həmin rayonların icra hakimiyyətinin binaları rayonu təyin edilən icra başçılarından daha yaxşı idarə edir".
Şərhlər