Onkoloji xəstəliklər icbari tibbi sığortaya daxil ediləcək

06.06.2022 13:40     Sosreaksiya     402

"Azərbaycanda onkoloji xəstəliklərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur, bu istiqamətdə araşdırma aparılır".

Bunu bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, onkoloji xəstəliklərlə bağlı xüsusi dövlət proqramı var:

“Hazırda onkoloji xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlər həyata keçiririk. Çünki bu, 200 milyona yaxın vəsait tələb edir. Ümumilikdə tələb çox olduğuna görə növbəti illərdə biz onkoloji xəstəlikləri xidmətlər zərfinə sala bilərik. Biz bu istiqamətdə araşdırmalar aparırıq, onkoloji xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlər həyata keçiririk”.

Reaksiya.az

Şərhlər