Çavuşoğlu: “Azərbaycan qaz məsələsində üzərinə böyük məsuliyyət götürüb”
06.06.2022 13:56 Sosreaksiya 346
Mərkəzi Asiya və Cənubi Qafqazın rifahına dəstək vermək Türkiyənin xarici siyasətinin təməl prinsipidir.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir xatırladıb ki, iyunun 27-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Nazir onu da diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa ölkələrinin təbii qaz məsələsində daha az əziyyət çəkməsi üçün Türkiyə səylər göstərməyə çalışır.
Onun sözlərinə görə, bu məsələdə Azərbaycan da üzərinə böyük bir məsuliyyət götürüb
Şərhlər