ƏƏSMN-də bir qrup qazi ilə görüş oldu

06.06.2022 15:16     Sosreaksiya     471

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) gələn bir qrup Vətən müharibəsi qazisi ölkəmizdə şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində aparılan işlərdən razılıqlarını bildiriblər.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, qazilər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarının geniş miqyaslı və çevik sosial dəstək tədbirləri ilə əhatə olunması üçün görülən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

44 günlük Vətən müharibəsinin qaziləri – Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov postmüharibə dövründə şəhid ailələri və qazilərin rifahının yaxşılaşdılması üçün ardıcıl şəkildə həyata keçirilən tədbirlərin bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğıdan xəbər verdiyini vurğulayıb.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin  göstərişi ilə şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı nazirliyin sosial dəstək paketinin hazırda da davam etdirildiyini bildirib.

Qeyd edib ki, bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 175 min xidmət göstərilib. Həmin şəxslərdən 93 min şəxsə proaktiv qaydada 103 min sosial ödəniş təyin olunub. Müalicə müddəti başa çatan qazilərdən artıq 3 min şəxsə əlillik dərəcələri və avtomatik şəkildə sosial ödənişlər təyin edilib.

 

 







 

Şərhlər