Daha bir jurnalist öldürüldü

20.08.2015 18:09     Sosreaksiya     2728

Cənubi Sudanda fəaliyyət göstərən “New Nation” müstəqil qəzetinin jurnalisti Peter Moi öldürülüb.

Reaksiya.az xəbər verir ki, o, paytaxt Cuba şəhərində işlədiyi redaksiyanın önündə qətlə yetirilib.

Jurnalistin hansı səbəbdən öldürüldüyü haqda xəbər verilmir.

Öldürüldükdən sonra onun şəxsi əşyaları, telefonu və pulu üstündə olub. Bu da onu deməyə əsas verir ki, jurnalist qarət məqsədilə öldürülməyib.  

Şərhlər

Çox oxunanlar