Qəzaya düşən məktəblilərin valideynləri təşkilatçını döydülər

13.06.2022 12:21     Sosreaksiya     339

Dünən Bakı-Şamaxı yolunda baş verən ağır qəzada xəsarət alan 279 nömrəli məktəbin şagirdlərinin valideynləri ilə tur şirkəti arasında insident olub.

Buna səbəb isə tur şirkətinin öz öhdəliyini yerinə yetirməməsi, şagirdlərin müayinə və müalicəsi üçün lazım olan ödənişi etməməsidir. Hadisədə qolu qırılan şagird bu səbəbdən üçüncü dəfə xəstəxana dəyişdirməli olub. Əsəblərini cilovlaya bilməyən valideynlər isə tur şirkətinin nümayəndəsi ilə əlbəyaxa dava ediblər. 

Hadisə yerində olan şirkət nümayəndəsi isə orada yalnız məlumat ötürmək üçün durduğunu bildirib.

Şirkətin adını gizlədən şəxs indiyə qədər heç bir yerdə ad çəkilmədiyini, lakin yaxın zamanlarda şirkətin adının açıqlanacağını bildirib.

***

09:14

Xəbər verdiyimiz kimi, ötən gecə Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb.

"Unikal" Baku TV-yə istinadən xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şagirdlərin valideynləri övladlarının son vəziyyətlərini açıqlayıblar.

Qeyd edək ki, avtobusda Bakıdakı 279 nömrəli məktəbin müəllim və şagird heyəti olub. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan 10-u Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub. 

Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib. 

 

  
 

 

 

Şərhlər