"Zara"nın yeni reklamı tənqidlərə səbəb oldu: Çörəkli ayaqqabı...

13.06.2022 14:04     Sosreaksiya     424

Məşhur brend markası "ZARA”nın çörəkli ayaqqabı reklamı hər kəs tərəfindən qınanılıb.
 
Reaksiya.az verir ki, "Zara” son reklamına görə tənqid olunub.
 
Sözügedən reklamda ayaqqabının bir çörəyin üzərinə yerləşdirilməsi ölkəmizdə "nemətə hörmətsizlik” kimi şərh edilib, eyni zamanda sosial şəbəkədə minlərlə istifadəçi bu vəziyyətə sərt reaksiya verib. 
 
Bu absurd və qəbuledilməz görüntü sosial şəbəkədə məşhurlar tərəfindən də tənqidlə qarşılanıb.
 
 
 

 

 

 

Şərhlər