Türkiyə rəsmiləri Qarabağa gəlir - Şuşada konfrans olacaq

14.06.2022 12:21     Sosreaksiya     338

Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd etmək üçün bu gün Türkiyə nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə Modern.az-a Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım məlumat verib.

Deputat ilk dəfə olaraq Türkiyədən birbaşa Füzuli Beynəlxalq Hava Limanına eniş edəcəklərini bildirib:

“Bu gün Türkiyə nümayəndə heyəti Füzuliyə eniş edəcək. Oradan da Şuşaya səfər edəcəyik. Nümayəndə heyətinin tərkibində təxminən 15 nəfər var. Sabah Şuşada iki vacib tədbirimiz olacaq. Ondan sonra Bakıda olacağıq. Şuşa Bəyannaməsinin ildönümü Şuşa şəhərində təntənəli şəkildə qeyd olunacaq”.

Azərbaycana gələcək nümayəndə heyətinin tərkibinə Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasıdan (AKP) olan üzvləri - ölkənin sabiq baş naziri Binəli Yıldırım, Numan Kurtuluş, Efkan Ala, MHP təmsilçisi və digər siyasi partiyaların nümayəndələri daxildir. Şuşaya səfər edəcək Türkiyə nümayəndə heyəti Şamil Ayrım da daxil olmaqda 15 nəfərdən ibarət olacaq.

Qeyd edək ki, sabah Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda konfrans keçiriləcək.

Xatırlıdaq ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanıb. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar