Paşinyan: "Azərbaycanla delimitasiya üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur"
14.06.2022 12:44 Sosreaksiya 388
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur.
"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Əl-Cəzirə" televiziya kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, rəsmi Bakı və İrəvan arasında fərqli danışıqlar formatı var və bu formatlardan biri delimitasiya məsələsinə aiddir: "Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır. Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var".
Jurnalistin "Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir" sualına Paşinyan "Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var", - deyə cavab verib.
Paşinyan bildirib ki, bu halda Rusiyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının icrasında qarant kimi rolu görünür.
Şərhlər