Xilasa aparan yol
14.06.2022 13:02 Sosreaksiya 501
1980-ci illərin sonunda SSRİ-nin yeganə kommunist partiyası içəridən dağılmağa doğru gedirdi. Kommunist partiyasının rəhbəri SSRİ-nin dağılmasına imza atan Mixayl Qarbaçov partiyanın liderlərindən olan Ümumilli liderimizi müxtəlif qarayaxmalarla vəzifədən uzaqlaşdırmağa cəhd edirdi.Belə münasibəti görən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü , SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Heydər Əliyev özü istefa ərizəsi yazaraq vəzifəsindən getmək üçün müraciət etdi. İstefa verdikdən sonra Naxçıvana qayıdaraq 1991-1993 cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışırdı .
1991-ci ildə Azərbaycan öz müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra xarici və daxili qüvvələr Azərbaycanı parçalamaq və müstəqil dövlət kimi dünya xəritəsindən silmək istəyirdilər . 1993-cü ilin iyunun əvvəllərində qiyam baş verdi . Azərbaycan Dövlətçiliyi təhlükə qarşısında idi. Bu zaman xalq ayağa qalxaraq Ulu Öndərimizin hakimiyyətə gəlməsinin təkid etdi. Bunu görən Heydər Əliyev 15 iyun 1993-cü paytaxda qayıtdı. Məhz bugün 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 15 İyul 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Heydər Əliyevin adı tariximizə həm də Azərbaycanın böyük xilaskar oğlu kimi düşüb. Ali Sovetin sədri seçildikdən sonra dahi lider xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürərək Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına və inkişafına təməl qoydu. Məhz Ümumilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf edərək dünya siyasətində öz sözünü deyən dövlətə çevrildi .Milli Ordunun formalaşmasının təməlini qoyaraq Silahlı Qüvvələrin torpaqlarımızın müdafiyə olunması istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin görmək istədiyi çiçəklənən , inkişaf etmiş Azərbaycanı onun layiqli davamçısı Azərbaycan xalqının sevimlisi Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları uğurla ərsəyə gətirir.
Bunun nəticəsi olaraq Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz işğal altında olan ərazilərimizi azad edilərək, 30 ilə yaxın qaçqın həyatını yaşayan soydaşlarımızın öz doğma yurdlarına qayıtmasının təməli qoyuldu.
Ulu Öndərimizin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev ölkəmizi dünyanın dinamik inkişaf edən, modernləşən, nüfuzu gündən-günə artan dövlətə çevirib . Bu gün Azərbaycan Xalqı əmindir ki, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə dövlətimiz daha yüksək zirvələr fəth edəcək .
Milli Qurtuluş Günün Mübarək !
Aris Məmmədov
Şərhlər