Bakıda intiharın qarşısı alındı
20.08.2015 21:50 Sosreaksiya 2019

İntihar məqsədi ilə özünü dənizə atan şəxs xilas edilib.
Reaksiya.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər özünü dənizə ataraq batmaq təhlükəsi ilə üzləşib və dərhal FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Həmçinin, DSXX-ə daxil olmuş daha bir məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib və dərhal nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas ediliblər.
Şərhlər