Rəqabət Məcəlləsi payız sessiyasında müzakirə oluna bilər
16.06.2022 13:37 Sosreaksiya 428
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqabət Məcəlləsini ən yeni çağırışlara cavab verən formada hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib.
Bunu Xidmətin rəisi Məmməd Abbasbəyli "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.
O, Rəqabət Məcəlləsinin bu il ərzində payız sessiyasında Milli Məclisə təqdim olunacağına ümid etdiyini bildirib.
Şərhlər