Aydın Mirzəzadə: “İrəvanı geri istəyə bilərik”

17.06.2022 12:29     Sosreaksiya     456

Deputat Aydın Mirzəzadə Milli Məclisin iclasında Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını davam edirməsindən bəhs etdi. Bildirdi ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana güzəştə gedərkən ermənilər bir daha Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyəcəkləri barədə öhdəlik götürsələr də, bu öhdəliyə əməl etmədilər. “Ermənistan bilməlidir ki, əgər əsassız iddialara son qoymasalar, biz artıq İrəvanı mənəvi, bəlkə də hüquqi cəhətdən geri istəyə bilərik.

Göyçə, Zəngəzur mahalı hansı sənədlə, hansı əsasla Azərbaycan torpaqları Ermənistan ərazisinə çevrilib? Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirərsə, bizim haqqımız çatyır ki, on min kv km-lik ərazilərimizi geri istəməyə haqqımız çatır”.

A.Mirzəzadə digər məsələyə də münasibət bildirdi: “Eyni zamanda Göyçə kimi min illik tarixi adı olan gölün adını “Sevan”, min illik tarixi olan İrəvanın adını “Yerevan” qoydular. Minlərlə belə toponimlərimizin adı dəyişdirilib”.

Reaksiya.az

Şərhlər