Tahir Mirkişilidən büdcə açıqlaması: Məcburi tələb artıb

17.06.2022 12:34     Sosreaksiya     419

"2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, xərcləri 27422,4 milyon manat təşkil edib". 

Bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. 

 O qeyd edib ki, müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz az olub: 

"2021-ci ildə qlobal ÜDM-nin artım tempi təxminən 6 % olub. Məcburi tələb artıb və təklifin ona çevik reaksiya verə bilməməsi ortaya çıxıb".

Reaksiya.az

Şərhlər