İsraildə elmə bizdən 20 dəfə çox pul ayrılır - Deputat
17.06.2022 12:35 Sosreaksiya 384
"Büdcə gəlirlərinin 1.6 milyardını dövlət müəssisələri ödəyir. Əgər iqtisadiyyatın əsas sahəsi dövlətin nəzarətindədirsə, büdcənin gəlirlərinin əsas hissəsini də məhz dövlət müəssisələri ödəyib".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Deputatın sözlərinə görə, büdcənin icrası ilə bağlı hesabata nəzər saldıqda görünür ki, dövlət müəssisələri vergi ödəmirlər:
"Həmçinin, rəqəmlərə nəzər salanda elmə ayrılan vəsaitin az olduğu qəti görünür. Biz deyirik ki, niyə silahlar İsraildən alınır? Çünki İsraildə elmə bizdən 20 dəfə çox pul ayrılır və nəticə ortaya qoyulur. Elmə pul ayırmadan onu inkişaf etdirmək mümkün deyil".
Şərhlər