"ƏƏSMN-də bu iş düzgün qurula bilmir" - Deputat
17.06.2022 12:41 Sosreaksiya 398
"Yaxşı olardı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlil, müharibə iştirakçısı, yoxsulluğun, kasıbçılığın nə olduğunu bilən bir şəxs təyin olunsa idi, bundan hökumət də fayda görərdi”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayev artıq beçinci ildir ki, işləyir.
"Yeni nazir təyin olunanda 6 ay ərzində bu qeyri-qanuni məsələlərə son qoyulmalı idi. Hər il bu qədər vəsait büdcədə kəsir kimi göstərilir. Deməli bu iş düzgün qurula bilmir. O, qeyd edib ki, yoxsulların sayı artır:
“Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ötən ilin büdcəsindən ayrılan vəsaitin 11%-i icra olunmayıb. Bu isə sosial ödənişlərin icrasının az olması, qeyri qanuni təyinatlarının qarşısının alınması və bəzi təyinatların ləğv edilməsi ilə bağlıdır. Olmazmı ki, yoxsul insanların gəlirlərinin hesablanması meyarları dəyişdirilərdi və ya ehtiyac meyarınin məbləği artırılardı. Məni narahat edən məqam budur ki, bu istiqamətdə ayrılan vəsaitdən 168 milyon manat az vəsait xərclənib. Bu vəsait yoxsul insanlardan kəsilib. Qeyd olunur ki, bu qeyri-qanuni təyinatlarının qarşısı alınmaqla əldə olunub".
Şərhlər