"Qanad çıxardıb, uçaq" - Daha bir deputatdan "AZAL"la bağlı ŞİKAYƏT
17.06.2022 12:56 Sosreaksiya 456
Milli Məclisin bu gün keçirilənm iclasında çıxış edən deputat Tahir Kərimli aviabiletlərin qiymətlərinin çox yüksək olmasından şikayət edib.
Deputat region ölkələri ilə müqayisədə Azərbaycanda qiymətlərin bir neçə dəfə artıq olduğunu bildirib.
“Naxçıvana biletlərin qiyməti artdı. Yanacağın dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir. Kimsə region ölkələri müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir. Bu yaxınlarda mən bir yoldaşla “Buta” ilə xaricə uçurdum. Bizi yanaşı otuzdurmaq üçün 5-6 manat aldılar, təyyarənin quyruğunda otuzdurlar. İndi ər-arvad gedəndə onlar yanaşı otuzdurmaq üçün pul alacaqlar? Söz deyəndə deyirlər ki, kommersiyadır. İstəmirsən, başqa şirkətlə uça bilərsən. Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq. Bizim başqa şirkətimiz var? Bu nə bibarçılıqdır? Gəlir götürmək üçün belə şeylər etmək olmaz. Baxsınlar dünyaya, regiona, xalqın şəraitinə”, - deyə deputat qeyd edib.
Şərhlər