Ordumuz bu düşmən mövqelərini götürə bilər
20.06.2022 12:45 Sosreaksiya 377
Qarşı tərəfdə adətən daxili çəkişmələr, orduda nizam-intizam qaydalarının pozulması, yaxud sərxoş hərbçilərin bir-birilərinə atəş açması nəticəsində ölümlərin çox şahidi oluruq.
Bu sözləri Axar.az-a Ermənistanın müddətli hərbi qulluqçusunun Basarkeçər istiqamətində güllə yarasından ölməsi və Kəlbəcər istiqamətində atəşkəsin intensiv pozulması haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert düşmən əsgərlərinin zəhərlənmə ehtimalından da bəhs edib:
“Normal vəziyyətdə isə sərhəddə çoxlu sayda sərhəd təxribatı törədən məğlub Ermənistan ordusu mənsublarının intensiv atəşkəs pozulması nəticəsində havada əmələ gələn zərərli barıt qazlarının yüksək konsentrasiyasından zəhərlənə biləcəkləri ehtimalını da gözardı etmək olmaz”.
Ədalət Verdiyev hazırda Ordumuzun hər gün onlarla erməni hərbçisini məhv etmək imkanına sahib olduğunu vurğulayıb:
“Əgər Ordumuza qəti əmr verilsə, hazırda tutduğumuz mövqelər hər gün ən azı 50 erməni hərbçisini məhv etməyimizə imkan yaradır. Amma Azərbaycan bunu etmir, Ermənistanın baş verənlərdən özü üçün doğru nəticə çıxarmasını gözləyir. Əgər İrəvanın hərbi-siyasi rəhbərliyi bu təxribatları dayandırmasa, Azərbaycan Ordusunun atəşkəsi pozan erməni mövqelərini nəzarətə götürməsi və o yerdə bayrağımızı dalğalandırması ehtimalı çox yüksəkdir”.
Şərhlər