Büdcəyə dəyişikliklər ilk oxunuşda qəbul edildi

22.06.2022 12:54     Sosreaksiya     374

Milli Məclisdə cari ilin dövlət büdcəsinə dəyişiklik müzakirə olunub.

Parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında layihə müzakirəyə çıxarılıb.

İclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və digər rəsmilər də iştirak ediblər.

Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. 

Müzakirələrdən sonra “2022-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Reaksiya.az

Şərhlər