Fazil Mustafa: “Müəllim avqustun 24-dən sentybarın 15-dək maaş alırsa, onda 1 sentyabrdan dərs desin”

22.06.2022 13:21     Sosreaksiya     493

Deputat Fazil Mustafa Milli Məclisdəki müzakirə müzakirələri zamanı çıxışında bir sıra təkliflərini irəli sürdü. Bildirdi ki, hazırda sahibkarlığın inkişafı üçün əlavə vəsait ayırmağa ehtiyac yoxdur. Sadəcə, sahibkarlığın inkişafına əngəlləri aradan qaldırmaq, həmçinin bank faizlərinə baxmaq lazımdır.

Daha sonra F.Mustafa tədrisin ilinin başlanma tarixi ilə bağlı maraqlı mövqedən çıxış edərək bildirdi ki, ölkəmizdə müəllimlərin yay tətili avqustun 24-də bitir və onlar sonrakı dönəmdə maaş alırlar.

F.Mustafa qeyd etdi ki, Azərbaycan müəlliminə nə qədər yüksək maaş verilsə, azdır və onların faliyyətini təqdir etdi. Amma əlavəsini də etdi: “Bu maaşı sentyabrın 1-dən versəz, yaxşı olmazmı?”

Deputat dərslərin 15 sentyabrdan başlanmasını istilərlə əlaqələndirənlər haqda da danışdı:”Bu zehniyyətli insanları Afrikada nazir olmağa göndərsəniz, onlar isti olduğunu əsas gətirib, ümumiyyətlə, Afrikada il ərzində dərsləri qadağan edərlər. Müəllim avqustun 24-dən sentybarın 15-dək maaş alırsa, onda 1 sentyabrdan dərs desin, maaş alsın da”.

Reaksiya.az

Şərhlər