Rusiya 47 ton Azərbaycan pomidorunu geri qaytardı
24.06.2022 12:34 Sosreaksiya 555
Azərbaycandan Rusiyanın Həştərxan vilayətinə göndərilən pomidorlarda qonur qırışıqlıq virusu (Tobamovirus ToBRFV) aşkar olunub.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) idarəsinin həyata keçirdiyi fitosanitar nəzarət zamanı Azərbaycandan göndərilən sözügedən pomidor partiyasında virus aşkarlanıb. Nəticədə 47 tonluq pomidor partiyası ölkəyə geri göndərilib (Azvision).
Şərhlər