Şuşada ilk yaşayış binalarını bu şirkət tikəcək

24.06.2022 13:22     Sosreaksiya     566

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilk yaşayış binalarının inşasını həyata keçirəcək şirkəti müəyyən edib.

 Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub. 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə “CONCO” QSC ilə müqavilə bağlanıb: “Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaq. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq. Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaq. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir”.

Qeyd edək ki, “Conco” QSC Bakıda MİDA-nın sifarişi ilə sosial mənzil kompleksində bir neçə binanın tikintisini də həyata keçirib.

 

 
 
 

Şərhlər