Bəzi rayonlarda qaz olmayacaq

21.08.2015 06:15     Sosreaksiya     1683

Abşeron Magistral qaz kəmərləri sahəsində aparılacaq carı təmir işləri səbəbindən bu gün bəzi bölqələrdə qazın verilişində məhdudiyyətlər olacaq. 

Reaksiya.az-ın veriyi məlumata görə, bu gün səhər saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Böyükşor" və “Sabunçu ümumi” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq. 

Cari təmir müddətində aparılan işləri Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. 

Şərhlər

Çox oxunanlar