İrəvanla bağlı UNESKO-ya müraciət ünvanlandı

05.07.2022 12:25     Sosreaksiya     299

İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESKO-ya müraciət ünvanlanıb.

Bu barədə “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın təqdimatında bildirilib.

Qeyd edilib ki, İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırım prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESKO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

Reaksiya.az

Şərhlər