İrəvandakı Göy məscidlə bağlı araşdırma aparıldı
05.07.2022 12:51 Sosreaksiya 398
“İrəvanda yeganə salamat qalan Azərbaycan məscidi Göy məsciddir. Təəssüflər olsun ki, həmin məscid bu gün bizim məscid kimi fəaliyyət göstərmir”.
Modern.az xəbər verir ki, bunu “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov deyib.
Onun sözlərinə görə, İrəvandakı Göy məscid barəsində araşdırma aparılıb:
“Yüzlərlə, minlərlə sənədlərdə məscidin mütəmadı təmiri, vəqfin idarə edilməsi ilə bağlı sənədlər Azərbaycan arxivindədir. Ona görə də bu məscid Azərbaycan məscidi kimi tanınmalıdır. Bunun üçün kifayət qədər sənədlər var. Göy məscid İrana bağlılığı olmayan məsciddir. Sənədlərə, tarixi faktlara əsaslanaarq onu demək olar ki, məscidin İran məscidi adlandırılması gülüncüdür. Buna dünya tədqiqatçıları da gülürlər”.
Şərhlər