Müəllimlərin işə qəbulu imtahanında keçid balları nə qədər olacaq?

07.07.2022 12:21     Sosreaksiya     406

"Müəllimlərin işə qəbulu imtahanları başa çatdıqdan sonra ayrı-ayrı fənlər üzrə nəticələrdən asılı olaraq keçid balları müəyyənləşdiriləcək".

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, hazırda vakant yerlərin müəyyənləşdirilməsi prosesi davam edir və çalışmanın yaş həddinə çatmış müəllimlərin məlumatları toplanır.

Təhsil Nazirliyinin rəsmisi bildirib ki, vakant yerlərin müəyyənləşdirilməsi ilə bağlı yerli idarəetmə orqanlarına tapşırıqlar verilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar