Fazil Mustafa: "Bu məntiqsiz qərarların dəyişdirilməsinə ehtiyac var”

08.07.2022 12:44     Sosreaksiya     600

Deputat Fazil Mustafa parlamentin bugünkü iclasındakı çıxışında bir sıra problemlərə diqqət çəkib.

"Parlamentdə səsləndirilən fikirlərin böyük əksəriyyəti ya diqqətdən kənarda qalır, ya da onun əksinə qərarlar qəbul olunur" - deyən F.Mustafa quru sərhədlərin açılması ilə bağlı təşəbbüslərin ziddinə olaraq qərarın verildiyini xatırladıb.

Deputatın sözlərinə görə, on minlərlə Azərbaycan vətəndaşı acınacaqlı vəziyyətə düşüb, yüz minlərlə insanın müalicə, istirahət hüququ pozulub: "Əvvəlcədən bilet alıblar, amma ölkə xaricinə çıxa bilmirlər".

F.Mustafa qeyd edib ki, ölkədə tədrisin 1 sentyabrda başlaması ilə bağlı qaldırdığı məsələ də həllini tapmır. Deputat bildirib ki, heç bir əsas gətirmədən vaxtilə qəbul olunmuş qərarı qüvvəsində saxlayırlar: "Bu məntiqsiz qərarların dəyişdirlməsinə ehtiyac var".

F.Mustafa Konstitusiyanın 30 və 51-ci maddələrinin, mülkiyyət və elmi fəaliyyət azadlığı ilə bağlı müddəaların da pozulduğunu bildirib:

"Hər kəsin mülkiyyət hüququ və elmi fəaliyyətlə sərbəst fəaliyyət göstərmək haqqı var. Hansısa bir qayda ilə məmurların elmi fəaliyyəti qadağan olunub. Niyə olmaz? Siz plagiatın, oğurluğun qarşısını alın! Bizim yüzlərlə savadlı məmurumuz var. Vəzifədən gedir, elmi fəaliyyətlə məşğul olmaq, hansısa universitetdə dərs demək istəyir. Niyə onların qarşısı alınır? Biz Konstitusiyanın işləməsi üçün optimal yol tapmalıyıq ki, vətəndaşlarımızı sıxıntıdan qurtara bilək”.

Reaksiya.az

Şərhlər