Novxanıdan Sahilə qədər qanunsuz hasarlar sökülməlidir - Deputat

08.07.2022 12:48     Sosreaksiya     578

“Artıq neçə gündür ki, vaxtilə Xəzəri zəbt edən ayrı-ayrı iş adamlarının qanunsuzluqlarına qarşı Bakı şəhər İcra hakimiyyətinin etdiklərini görürük".

Bunu Milli Məclisdə deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, bu təşəbbüsü yüksək qiymətləndirir: “Düşünürəm ki, hər birimiz bu təşəbbüsü müdafiə etməliyik”.

Fəzail Ağamalı əlavə edib ki, Novxanıdan Sahil qəsəbəsinə qədər qanunsuz olan hasarlar sökülməlidir: “İnsanlar dənizə çıxmaq imkanı olmalıdır”.

Reaksiya.az

Şərhlər