1,5 milyonluq dələduzluq etdiyi deyilən məmur oğluna BƏRAƏT VERİLDİ
13.07.2022 12:22 Sosreaksiya 466
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvin Həşimlinin işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən şəxsin günahı sübuta yetirilmədiyindən ona bəraət verilib .
Xatırladaq ki, E.Həşimli Bakının Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin oğlu, eyni zamanda, Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.
O, biznesmen Möhkəm Səmədova yalan vədlər verərək, 1.5 milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Qeyd edək ki, E.Həşimli vaxtilə Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı kimi çalışıb. Məlum əməli törətdikdən sonra daxili işlər orqanlarından xaric edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Şərhlər