Baş Prokurorluqdan Elvin Cəfərovun intiharı ilə bağlı - Açıqlama

13.07.2022 12:25     Sosreaksiya     591

Baş Prokurorluq Sabirabadda intihar edən "Mauqli" ləqəbli qazi Elvin Cəfərovun intiharı ilə bağlı açıqlama yayıb.

Qurumdan Reaksiya.az-a bildirilib ki, 1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi 2 gün öncə dünyasını dəyişib. O intihar etməzdən öncəki son videosunda Sabirabad Rayon icra başçısının qəbuluna düşə bilmədiyini bildirmişdi. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar