Ermənistan “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başlayır

13.07.2022 12:27     Sosreaksiya     495

““Laçın dəhlizi”nə alternativ yolun Ermənistandan keçən hissəsinin inşası üçün tender elan olunacaq”.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, tender avqust ayında elan olunacaq və qalib gələn şirkət sözügedən alternativ yolun 8 kilometrlik hissəsinin inşasını öz üzərinə götürəcək. 

“Bəzi məlumatlara görə, Azərbaycan tərəfi öz vəsaiti hesabına yolun Ermənistan hissəsinin də inşa edilməsini təklif edib. Lakin ölkənin Baş naziri Nikol Paşinyan ictimaiyyətin buna münasibətindən ehtiyat edərək təklifdən imtina edib”, - deyə məlumatda iddia olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına əsasən, 3 il ərzində “Laçın dəhlizi”nə alternativ yol istifadəyə verilməlidir. Azərbaycan tərəfi artıq yolun Laçın şəhərindən yan keçən hissəsinin inşasını başa çatdırır, Ermənistan tərəfi isə hələ işlərə başlamayıb.

Reaksiya.az

Şərhlər