Tahir Əmiraslanov hiddətləndi: “Alçaqlar haqqımda şayiələr uydururlar”
13.07.2022 12:40 Sosreaksiya 558
“Son aylar bəzi adamlar bilmədən bir sıra alçaq və murdar düşüncəlılər isə qəsdən haqqımda müxtəlif şayiələr uydururlar”.
Bunu Azərbaycan Milli Kulinariya Assosiyasiyasının rəhbəri Tahir Əmiraslanov bildirib.
İndiyə kimi dövlət qulluqçusu olmadığını vurğulayan T.Əmiraslanov həmişə yüksək dövlət qulluğu vəzifəsindən uzaq durduğunu qeyd edib:
Bu yaxınlarda Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti postundan uzaqlaşdırılmağına münasibət bildirən T.Əmiraslanov deyib:
“Mənım vəzifəm sadə dövlət vəzifəsiydi.
Bu Mərrkəz mən yaradana qədər heç bir dövlətdə yox idi. İndi də yoxdur. Bu funksiyalara malik dünyada digər heç bir qurum da yoxdur.
Ölkənin mətbəxini qorumaq üçün mən qurdum. Yəni mən qurub yeni qurulan dövlətimə verdim.
Yəni Milli Kulinariya Mərkəzi mənim bir çox başqa işlərim kimi dünyada ilk və yeganədir”.
T.Əmiraslanovun sözlərinə görə, 1991-1997-ci illərdə dövlətin pulu olmayanda işçilərin maaşını, ezamiyyət və ofis xərclərini şəxsi və dostlarının vəsaiti hesabına ödəyib:
"1997-ci ildə bu Mərkəz ulu öndərimiz tərəfindən büdcəyə salınanda mənə xidməti maşın almaq üçün də vəsait ayrılmışdı. Şəxsi VAZ-2106 “Jiquli”m olduğu üçün bu pulu büdcəyə qaytardım.
Büdcədə Mərkəz ayrıca sətirlə göstərilirdi ki, onu kommersiyaya yönəldib funksiyalarını dəyişməsinlər.
Bu vəzifədən mənı çıxardılar, bu faciə deyil. Mən Mərkəzin yeni rəhjbəri Orxan Fikrətoğlunun əlini sıxdım, qucaqladım, uğur arzuladım və halallıq verib getdim.
Heç kəsdən inciyib küsməmişəm. Adam doğmalarından küsər”.
T.Əmiraslanov bu yaxınlarda şəxsi kitabxanasına məxsus kitabları yandırmasından da danışıb:
“Kitab yandırmağıma gələndə bu, qətiyyən kitab oxumayanların işi deyil.
Mən öz şəxsi pulumla aldığım kitabxananı 31 il Mərkəzin istıfadəsinə verdim. Bu mənım şəxsi əmlakımdır.
İndi kitab oxuyanları barmaqla saymaq olar. Kitab oxumayana kitab vermək yandırmaqdan betərdi. Bu mükəmməl olmazdı! Oxuyanlarda kitablarım var. Əksər kitabxanalarda, təhsil müəssisələrində, alimlərdə, lazım olan, istifadə edən hər kəsdə var.
Mən kitab oxumağa diqqət çəkdim.
Bu millətin genində, mentallığında özündən yaşca böyüklərə ağıl öyrətmək, yol göstərmək, irad tutmaq yoxdur.
Deməli bunu edənlərin zatı…
Mən dövlətdə, rəhbərlərimdən özüm və ailəm üçün maddi heç nə istəməmışəm, nə də almışam.
Dövlətimə, Millətimə, Prezidentımə sevgim və sədaqətim qəlbimdən, irsimdən, qanımdan gəlir, mədəmdən, madiyyatdan yox.
Bir atalar sözümüz də var: “Fil nə qədər ölü olsa, təkcə dərisi 40 eşşəyin yüküdür”.
40 eşşək yığışıb, bir-birini filə bənzədə bilər, amma fil balası belə onların eşşək olduğunu görür”.
Şərhlər