İran mediası Urmu gölünün qurumasına görə Azərbaycanı GÜNAHLANDIRDI
13.07.2022 13:09 Sosreaksiya 536
İran mediasında yenə anti-Azərbaycan yazı dərc edilib. Bu dəfə media Urmu gölünün qurumasına görə Azərbaycanı günahlandırıb.
İranda SEPAH və təhlükəsizlik qurumlarına bağlı media orqanları və sosial şəbəkələr illər öncənin xəbərini tarix göstərmədən yenidən yayıb. Yazıda Urmu gölünün qurumasına görə Azərbaycan günahlandırılıb.
Adı çəkilən media orqanları Araz çayından Urmu gölünə su çəkilməsinə Azərbaycan Respublikasının razılıq vermədiyi üçün gölün quruduğunu iddia edirlər.
“Araz sərhəd çayının elektrik enerjisi və su ehtiyatlarının iki ölkə arasında bərabər bölünməsi və ondan birgə istifadə edilməsi barədə razılığa baxmayaraq Azərbaycan Respublikası İranın Araz çayından Urmu gölünə su çəkmək planına qarşıdır”, – deyə İran mediası absurd məqalə dərc edib. /Konkret.az/
Şərhlər