Parkda bayraq ayaq altına atılıb?

13.07.2022 13:21     Sosreaksiya     517

Ötən gün paytaxtın Yasamal rayonu ərazisində Azərbaycan bayrağının ayaqlar altına atıldığına dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Yasamal parkında guya ki, Azərbaycan dövlət bayrağının yerə atılmasını iddia edən məlumat və foto birmənalı şəkildə uydurmadır və saxta xarakter daşıyır:

“Bayrag olduğu iddia edilən və yerə atılan əşya əslində uşaq əyləncə batutudur və onun boşaldılmış halıdır. Yasamal Rayon İcra Hakimiyyəti mətbuat işçilərinə yoxlanılmamış iddiaları dərc etməməyi tövsiyə edir”.

 

 

Şərhlər

Çox oxunanlar