Ruslan Əliyev vətəndaşları qəbul etdi

13.07.2022 14:38     Sosreaksiya     548

SOCAR “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq Şirvan şəhər Gənclər Evində Şirvan, Hacıqabul və Salyan rayon sakinləri ilə görüşüb. 

Reaksiya.az xəbər verir ki, Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinin də iştirak etdiyi qəbulda Ruslan Əliyev 16 sakinin müraciətini dinləyib, şikayətinə baxıb. Qəbul zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, qaz sayğacının quraşdırılması, yaşayış məntəqəsinin, eləcə də fərdi mənzillərin qazlaşdırılması və s. bu kimi  müraciətlər olunub.

Qəbulda qaldırılan məsələlərin çoxunun icra olunmasına elə yerindəcə göstəriş verən baş direktor digər məsələlərin araşdırılması və lazımi köməkliyin göstərilməsi üçün Birlik əməkdaşlarına tapşırıqlarını verib. 

Qeyd edək ki, Birliyin səlahiyyətinə aid olmayan digər məsələlər isə aidiyyatı üzrə orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Reaksiya.az

Şərhlər