İcbari Tibbi Sığorta Dövlət Agentliyi 4 milyon manatlıq təmirə hazırlaşır

13.07.2022 14:40     Sosreaksiya     557

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi, 4) ünvanında yerləşən, ümumi sahəsi 3 303 m2 olan inzibati binasının əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "ORN Group" MMC-dir.

Qalib şirkətə 4,145 milyon manat ödəniləcək.

Reaksiya.az

Şərhlər