Suraxanıda növbəti küçə asfaltlandı
21.07.2022 12:28 Sosreaksiya 423
Suraxanı rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.
Hazırda rayonun Bülbülə qəsəbəsində yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan S.Bəhlulzadə küçəsində 9-cu döngədə 6000 kv.m asfalt örtüyünün salınması işləri aparılır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.
Şərhlər