Rus sülhməramlılar çıxsa, qan töküləcək - Cabarov

21.07.2022 12:38     Sosreaksiya     418

Rusiya Moldova hakimiyyətinin planlarına baxmayaraq, sülhməramlılarını Dnestryanıdan çıxarmayacaq.

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.

“Sülhməramlı qüvvələr Dnestr çayının sol sahilində təhlükəsizliyin təminatı olub. Kişinyovdakı məsuliyyətsiz siyasətçilərin sülhməramlıların bu rolunu şübhə altına almaq, Rusiya qoşunlarının bölgədən çıxarılması ilə sülhməramlı əməliyyatın formatının dəyişdirilməsinə təkan vermək cəhdləri sabitliyin pozulmasına və qaçılmaz qan tökülməsinə gətirib çıxaracaq. Dnestryanıda 220 min Rusiya vətəndaşı yaşadığı üçün bu ssenariyə icazə verməyəcəyik”, - Cabarov bildirib.

Reaksiya.az

Şərhlər